Tətbiq kitabı

Namazda saçlarını yığanın məsəli

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو السَّرْحِيُّ ، مِنْ وَلَدِ عَبْدِ اللهِ بْنِ سَعْدِ بْنِ أَبِي سَرْحٍ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ بُكَيْرًا حَدَّثَهُ ، أَنَّ كُرَيْبًا مَوْلَى ابْنِ عَبَّاسٍ حَدَّثَهُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّهُ رَأَى عَبْدَ اللهِ بْنَ الْحَارِثِ يُصَلِّي وَرَأْسُهُ مَعْقُوصٌ مِنْ وَرَائِهِ ، فَقَامَ فَجَعَلَ يَحُلُّهُ ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ إِلَى ابْنِ عَبَّاسٍ فَقَالَ : مَا لَكَ وَرَأْسِي ؟ قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّمَا مَثَلُ هَذَا مَثَلُ الَّذِي يُصَلِّي وَهُوَ مَكْتُوفٌ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ Abdullah ibn əl-Harisinin saçını arxadan yığılmış şəkildə namaz qıldığını gördü. O, qalxıb onun saçının yığılmış hissəsini açdı. (Abdullah ibn əl-Haris) namazı bitirdikdə, İbn Abbasa doğru çevrilib dedi: “Mənim saçımdan sənə nə?!” İbn Abbas dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “(Namazda) saçını bağlayanın məsəli, əllərini arxadan iplə bağlayıb namaz qılanın məsəli kimidir”.”

Abdullah ibn Abbas
Səhih

İstinad

Nəsəi, 1114 (Tətbiq, 86)

Sunən ən-Nəsəi — Tətbiq kitabı