Səcdədə edilən başqa bir dua
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَائِشَةَ قَالَتْ : فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَوَجَدْتُهُ وَهُوَ سَاجِدٌ وَصُدُورُ قَدَمَيْهِ نَحْوَ الْقِبْلَةِ ، فَسَمِعْتُهُ يَقُولُ : أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَأَعُوذُ بِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنَتْ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə Allah Elçisinin ﷺ yanımda olmadığını hiss etdim. Onun səcdədə, ayaq barmaqları qibləyə tərəf yönəldiyi halda belə dediyini eşitdim: “Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””
İstinad
Nəsəi, 1130 (Tətbiq, 102)
Sunən ən-Nəsəi — Tətbiq kitabı