İki səcdə arasında əlləri üz istiqamətində qaldırmaq
أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ اللهِ بْنِ مُوسَى الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ بْنُ كَثِيرٍ أَبُو سَهْلٍ الأَزْدِيُّ ، قَالَ : صَلَّى إِلَى جَنْبِي عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ بِمِنًى فِي مَسْجِدِ الْخَيْفِ ، فَكَانَ إِذَا سَجَدَ السَّجْدَةَ الأُولَى فَرَفَعَ رَأْسَهُ مِنْهَا ، رَفَعَ يَدَيْهِ تِلْقَاءَ وَجْهِهِ فَأَنْكَرْتُ أَنَا ذَلِكَ ، فَقُلْتُ لِوُهَيْبِ بْنِ خَالِدٍ : إِنَّ هَذَا يَصْنَعُ شَيْئًا لَمْ أَرَ أَحَدًا يَصْنَعُهُ ، فَقَالَ لَهُ وَهَيْبٌ : تَصْنَعُ شَيْئًا لَمْ نَرَ أَحَدًا يَصْنَعُهُ ، فَقَالَ عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ : رَأَيْتُ أَبِي يَصْنَعُهُ ، وَقَالَ أَبِي : رَأَيْتُ ابْنَ عَبَّاسٍ يَصْنَعُهُ ، وَقَالَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُهُ
“Rəvayət edilir ki, ən-Nadr ibn Kəsir Əbu Səhl əl-Əzdi ﵀ demişdir: “Mən Minada əl-Xayf məscidində Abdullah ibn Tavusun yanında namaz qıldım. O, ilk səcdəni edib başını qaldırdıqda, əllərini üz istiqamətində qaldırdı. Mən buna qarşı çıxaraq Vuheyb ibn Xalidə: “Bu, heç kimin etmədiyi bir əməli edir”- dedim. Vuheyb ona dedi: “Sən bizim heç birimizin etmədiyi bir şeyi edirsən?!” Abdullah ibn Tavus dedi: “Mən atamın belə etdiyini gördüm. Atam dedi: “Mən İbn Abbasın belə etdiyini gördüm. Abdullah ibn Abbas da belə demişdi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”
İstinad
Nəsəi, 1146 (Tətbiq, 118)
Sunən ən-Nəsəi — Tətbiq kitabı