Səcdə etdikdə təkbir etmək haqda
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا حُجَيْنٌ وَهُوَ ابْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا لَيْثٌ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ، ثُمَّ يَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ حِينَ يَرْفَعُ صُلْبَهُ مِنَ الرَّكْعَةِ ، ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ : رَبَّنَا لَكَ الْحَمْدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَهْوِي سَاجِدًا ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأَسَهُ ، ثُمَّ يَفْعَلُ ذَلِكَ فِي الصَّلاَةِ كُلِّهَا حَتَّى يَقْضِيَهَا ، وَيُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الثِّنْتَيْنِ بَعْدَ الْجُلُوسِ
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza qalxaraq qiyamda durduqda təkbir edər, sonra ruku etdikdə təkbir edər, sonra: “Allah Ona həmd edəni eşitdi”- deyərək belini rukudan qaldırardı. Sonra ayaq üstə olduqda deyərdi: “Ey Rəbbimiz, həmd Sənə məxsusdur”. Sonra təkbir edərək səcdəyə gedər, sonra təkbir edib (səcdədən qalxaraq) başını qaldırar, sonra yenidən təkbir edərək səcdəyə gedər, sonra təkbir edərək (səcdədən qalxaraq) başını qaldırardı. Sonra bunları namazı bitirənə qədər bütün namazda edərdi. İkinci rükətdə oturduqdan sonra qalxanda da təkbir edərdi”.”
İstinad
Nəsəi, 1150 (Tətbiq, 122)
Sunən ən-Nəsəi — Tətbiq kitabı