Tətbiq kitabı

Namaz qılarkən yerdən qalxdıqda, əlləri dayayıb qalxmaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَبِي قِلاَبَةَ ، قَالَ : كَانَ مَالِكُ بْنُ الْحُوَيْرِثِ يَأْتِينَا فَيَقُولُ : أَلاَ أُحَدِّثُكُمْ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيُصَلِّي فِي غَيْرِ وَقْتِ الصَّلاَةِ فَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ الثَّانِيَةِ فِي أَوَّلِ الرَّكْعَةِ اسْتَوَى قَاعِدًا ، ثُمَّ قَامَ فَاعْتَمَدَ عَلَى الأَرْضِ.

“Rəvayət edilir ki, Əbu Qiləbə ﵀ demişdir: “Malik ibn əl-Huveyris bizim yanımıza gəlib: “Sizə Allah Elçisinin ﷺ namazı haqda xəbər verimmi?”- dedikdən sonra namaz vaxtı olmayan zaman namaz qıldı. Başını birinci rükətin ikinci səcdəsindən qaldırdıqda, tam dikələrək oturdu, sonra əllərini yerə dayayıb ayağa qalxdı”.”

Əbu Qiləbə
Səhih

İstinad

Nəsəi, 1153 (Tətbiq, 125)

Sunən ən-Nəsəi — Tətbiq kitabı