Səcdədən və təşəhhüddən qalxarkən təkbir etmək
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، كَانَ يُصَلِّي بِهِمْ فَيُكَبِّرُ كُلَّمَا خَفَضَ وَرَفَعَ ، فَإِذَا انْصَرَف قَالَ : وَاللَّهِ إِنِّي لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Əbu Sələmə ﵀ rəvayət edir ki, Əbu Hureyra onlarla namaz qıldıqda hər dəfə enib qalxdıqda təkbir edirdi. Bunu bitirdikdən sonra dedi: “Allaha and olsun ki, sizin aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşar namaz qılan mənəm”.”
Əbu Sələmə
Səhihİstinad
Nəsəi, 1155 (Tətbiq, 127)
Sunən ən-Nəsəi — Tətbiq kitabı