Tətbiq kitabı

Təşəhhüddə hara baxmaq lazımdır?

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ عَلِيِّ بْنِ عَبْدِ الرَّحْمَنِ الْمُعَاوِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّهُ رَأَى رَجُلاً يُحَرِّكُ الْحَصَى بِيَدِهِ وَهُوَ فِي الصَّلاَةِ ، فَلَمَّا انْصَرَفَ ، قَالَ لَهُ عَبْدُ اللهِ : لاَ تُحَرِّكِ الْحَصَى وَأَنْتَ فِي الصَّلاَةِ فَإِنَّ ذَلِكَ مِنَ الشَّيْطَانِ ، وَلَكِنِ اصْنَعْ كَمَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ، قَالَ : وَكَيْفَ كَانَ يَصْنَعُ ؟ قَالَ : فَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَأَشَارَ بِأُصْبُعِهِ الَّتِي تَلِي الإِبْهَامَ فِي الْقِبْلَةِ ، وَرَمَى بِبَصَرِهِ إِلَيْهَا أَوْ نَحْوِهَا ، ثُمَّ قَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ bir kişinin namazda xırda daşlarla oynadığını gördü. Namazı bitirdikdə, Abdullah ona dedi: “Namazda olduqda xırda daşları oynatma! Həqiqətən, bu, şeytandandır. Allah Elçisi ﷺ necə edibsə, elə et!” O dedi: “O, necə edib?” Abdullah dedi: “Sağ əlini sağ budu üzərinə qoyub sağ əlinin işarə barmağını qibləyə tərəf yönəltdi, nəzərini də barmağına və ya o tərəfə yönəltdi”. Sonra Abdullah dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini gördüm”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 1160 (Tətbiq, 132)

Sunən ən-Nəsəi — Tətbiq kitabı