Tətbiq kitabı

İlk təşəhhüd necədir?

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ جَبَلَةَ الرَّافِقِيُّ ، قَالَ : حَدَّثَنَا الْعَلاَءُ بْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ عَمْرٍو ، وَعَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ ، عَنْ حَمَّادٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ قَيْسٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : كُنَّا لاَ نَدْرِي مَا نَقُولُ إِذَا صَلَّيْنَا فَعَلَّمَنَا نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَوَامِعَ الْكَلِمِ فَقَالَ لَنَا : قُولُوا : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ قَالَ عُبَيْدُ اللهِ : قَالَ زَيْدٌ : عَنْ حَمَّادٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، قَالَ : لَقَدْ رَأَيْتُ ابْنَ مَسْعُودٍ يُعَلِّمُنَا هَؤُلاَءِ الْكَلِمَاتِ كَمَا يُعَلِّمُنَا الْقُرْآنَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz namazda deyiləcək heç bir şey bilmirdik. Allahın Peyğəmbəri ﷺ əhatəli sözləri ilə bizi öyrədərək dedi: “Belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Ravi Alqamə dedi: “Mən İbn Məsudun bu kəlmələri bizə Quranı öyrətdiyi kimi öyrətdiyini gördüm”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 1167 (Tətbiq, 139)

Sunən ən-Nəsəi — Tətbiq kitabı