Tətbiq kitabı

Təşəhhüdün başqa bir növü

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ أَحْمَدُ بْنُ الْمِقْدَامِ الْعِجْلِيُّ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : حَدَّثَنَا أَبِي يُحَدِّثُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي غَلاَّبٍ وَهُوَ يُونُسُ بْنُ جُبَيْرٍ ، عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللهِ ، أَنَّهُمْ صَلَّوْا مَعَ أَبِي مُوسَى فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا كَانَ عِنْدَ الْقَعْدَةِ فَلْيَكُنْ مِنْ أَوَّلِ قَوْلِ أَحَدِكُمُ التَّحِيَّاتُ لِلَّهِ الطَّيِّبَاتُ الصَّلَوَاتُ لِلَّهِ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.

“Hittan ibn Abdullah ﵀ rəvayət edir ki, onlar Əbu Musa ilə birlikdə namaz qıldıqda, o dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “(Namaz qılarkən) oturuşda sizin ilk sözünüz bu olsun: “Salamlar, gözəl şeylər və dualar Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və Onun şəriki yoxdur! Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

Hittan ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 1173 (Tətbiq, 145)

Sunən ən-Nəsəi — Tətbiq kitabı