Səfərdə namazı qısaltmaq kitabı

Namazı qısaltmaq

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ ابْنِ أَبِي عَمَّارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بَابَيْهِ ، عَنْ يَعْلَى بْنِ أُمَيَّةَ ، قَالَ : قُلْتُ لِعُمَرَ بْنِ الْخَطَّابِ {لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا} ، فَقَدْ أَمِنَ النَّاسُ ، فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ : عَجِبْتُ مِمَّا عَجِبْتَ مِنْهُ ، فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ، فَقَالَ : صَدَقَةٌ تَصَدَّقَ اللَّهُ بِهَا عَلَيْكُمْ فَاقْبَلُوا صَدَقَتَهُ.

“Rəvayət edilir ki, Yalə ibn Umeyyə ﵀ demişdir: “Mən Ömər ibn əl-Xattaba dedim: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz” (ən-Nisa, 101). Artıq insanlar əmin-amanlıqdadırlar”. Ömər ﵁ də dedi: “Mən də sənin kimi təəccüb etmişdim və Allah Elçisindən ﷺ bu haqda soruşduqda, o dedi: “Bu, Allahın sizə verdiyi sədəqədir. Buna görə də Allahın sədəqəsini qəbul edin”.”

Yalə ibn Umeyyə
Səhih

İstinad

Nəsəi, 1433 (Qəsr, 1)

Sunən ən-Nəsəi — Səfərdə namazı qısaltmaq kitabı