Qorxu namazı kitabı

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا مَنْصُورٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أَبِي عَيَّاشٍ الزُّرَقِيِّ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعُسْفَانَ ، فَصَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الظُّهْرِ ، وَعَلَى الْمُشْرِكِينَ يَوْمَئِذٍ خَالِدُ بْنُ الْوَلِيدِ فَقَالَ الْمُشْرِكُونَ : لَقَدْ أَصَبْنَا مِنْهُمْ غِرَّةً ، وَلَقَدْ أَصَبْنَا مِنْهُمْ غَفْلَةً ، فَنَزَلَتْ - يَعْنِي - صَلاَةَ الْخَوْفِ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ ، فَصَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعَصْرِ ، فَفَرَّقَنَا فِرْقَتَيْنِ ، فِرْقَةً تُصَلِّي مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَفِرْقَةً يَحْرُسُونَهُ ، فَكَبَّرَ بِالَّذِينَ يَلُونَهُ وَالَّذِينَ يَحْرُسُونَهُمْ ، ثُمَّ رَكَعَ فَرَكَعَ هَؤُلاَءِ وَأُولَئِكَ جَمِيعًا ، ثُمَّ سَجَدَ الَّذِينَ يَلُونَهُ وَتَأَخَّرَ هَؤُلاَءِ وَالَّذِينَ يَلُونَهُ وَتَقَدَّمَ الآخَرُونَ فَسَجَدُوا ، ثُمَّ قَامَ فَرَكَعَ بِهِمْ جَمِيعًا الثَّانِيَةَ بِالَّذِينَ يَلُونَهُ وَبِالَّذِينَ يَحْرُسُونَهُ ، ثُمَّ سَجَدَ بِالَّذِينَ يَلُونَهُ ، ثُمَّ تَأَخَّرُوا فَقَامُوا فِي مَصَافِّ أَصْحَابِهِمْ وَتَقَدَّمَ الآخَرُونَ فَسَجَدُوا ، ثُمَّ سَلَّمَ عَلَيْهِمْ ، فَكَانَتْ لِكُلِّهِمْ رَكْعَتَانِ رَكْعَتَانِ مَعَ إِمَامِهِمْ وَصَلَّى مَرَّةً بِأَرْضِ بَنِي سُلَيْمٍ.

“Rəvayət edilir ki, Əbu Ayyəş əz-Zuraqi ﵁ belə demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə Usfan (döyüşündə) idik. Biz Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını qıldıq. Müşriklərə Xalid ibn Valid başçılıq edirdi. Müşriklər dedilər: “Artıq biz onlar namazda ikən onları tapdıq”. Bu zaman Zöhr ilə Əsr namazı arasında qorxu namazı haqda ayə nazil oldu. Allah Elçisi ﷺ bizimlə Əsr namazını qıldı. Biz iki dəstəyə ayrıldıq. Bir dəstə Allah Elçisi ﷺ ilə birlikdə namazı qıldı, digər dəstə isə onları qoruyurdu. Allah Elçisi ﷺ təkbir etdikdə, onu qoruyanlarla birlikdə hamı təkbir etdi. Sonra Peyğəmbər ﷺ ruku etdi, biz də hamımız ruku etdik. (Bu zaman) onun arxasında olanlar səcdə etdilər. Sonra geriyə çəkildilər. Digər dəstədə olanlar qabağa keçib səcdə etdilər. Sonra Allah Elçisi ﷺ qalxıb hamı ilə - arxasında olanlar və onları qoruyanlarla birlikdə (ikinci dəfə) ruku etdi. Sonra onun arxasında olanlarla səcdə etdi. Daha sonra onlar geriyə çəkildilər və öz dostları ilə səflərini dəyişdilər. Arxada olanlar önə keçərək səcdə etdilər. Sonra Allah Elçisi ﷺ salam verdi. Bu, dəstələrin hər biri üçün iki rükət oldu, iki rükətlərini də imamları ilə qıldılar. Allah Elçisi ﷺ (qorxu namazını) bir dəfə də Bənu Suleym qəbiləsində qıldı”.”

Əbu Ayyəş əz-Zuraqi
Səhih

İstinad

Nəsəi, 1550 (Qorxu namazı, 22)

Sunən ən-Nəsəi — Qorxu namazı kitabı