Bayram namazları üçün gözəl geyinib bəzənmək
أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ بْنُ يَزِيدَ ، وَعَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : وَجَدَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ حُلَّةً مِنْ إِسْتَبْرَقٍ بِالسُّوقِ ، فَأَخَذَهَا فَأَتَى بِهَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، ابْتَعْ هَذِهِ ، فَتَجَمَّلْ بِهَا لِلْعِيدِ وَالْوَفْدِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا هَذِهِ لِبَاسُ مَنْ لاَ خَلاَقَ لَهُ ـ أَوْ إِنَّمَا يَلْبَسُ هَذِهِ مَنْ لاَ خَلاَقَ لَهُ فَلَبِثَ عُمَرُ مَا شَاءَ اللَّهُ ، ثُمَّ أَرْسَلَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجُبَّةِ دِيبَاجٍ ، فَأَقْبَلَ بِهَا حَتَّى جَاءَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، قُلْتَ : إِنَّمَا هَذِهِ لِبَاسُ مَنْ لاَ خَلاَقَ لَهُ ، ثُمَّ أَرْسَلْتَ إِلَيَّ بِهَذِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بِعْهَا ، وَتُصِبْ بِهَا حَاجَتَكَ.
“Rəvayət edilir ki, Səlim ﵀ öz atasının (İbn Ömərdən ﵄) belə dediyini rəvayət etmişdir: “Ömər ibn əl-Xattab ﵁ bazarda ipəkdən bir paltar gördü. Onu alıb Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, bunu götür! Bayram namazlarına və sənin yanına gələn heyətlərin qarşısına çıxmaq üçün geyinərsən”. Allah Elçisi ﷺ dedi: “Həqiqətən, bu libas Axirətdə heç bir payı olmayan insanların və ya heç bir nəsibi olmayanların geyimidir”. Ömər Allahın istədiyi qədər gözlədi. Sonra Allah Elçisi ﷺ ona ipəkdən bir cübbə göndərdi. Ömər cübbəni götürüb Allah Elçisinin ﷺ yanına getdi və dedi: “Ey Allahın Elçisi, sən dedin ki, bu, Axirətdə heç bir payı olmayanların libasıdır, sonra isə onu mənə göndərdin”. Allah Elçisi ﷺ dedi: “Onu satmaq və öz ehtiyaclarını ödəmək üçün göndərdim!””
İstinad
Nəsəi, 1560 (Bayramlar, 5)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı