Bayram günü verilən xütbə
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي زُبَيْدٌ ، قَالَ : سَمِعْتُ الشَّعْبِيَّ ، يَقُولُ : حَدَّثَنَا الْبَرَاءُ بْنُ عَازِبٍ ، عِنْدَ سَارِيَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ ، قَالَ : خَطَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّحْرِ ، فَقَالَ : إِنَّ أَوَّلَ مَا نَبْدَأُ بِهِ فِي يَوْمِنَا هَذَا أَنْ نُصَلِّيَ ، ثُمَّ نَذْبَحَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ أَصَابَ سُنَّتَنَا ، وَمَنْ ذَبَحَ قَبْلَ ذَلِكَ فَإِنَّمَا هُوَ لَحْمٌ يُقَدِّمُهُ لأَهْلِهِ ، فَذَبَحَ أَبُو بُرْدَةَ بْنُ دِينَارٍ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، عِنْدِي جَذَعَةٌ خَيْرٌ مِنْ مُسِنَّةٍ قَالَ : اذْبَحْهَا وَلَنْ تُوفِيَ عَنْ أَحَدٍ بَعْدَكَ.
“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ məscidin dirəklərinin birinin yanında durub dedi: “Peyğəmbər ﷺ Qurban bayramı günü bizə xütbə verərək belə dedi: “Bizim bu gündə başladığımız ilk şey namaz, sonra isə qurban kəsməkdir. Kim belə etsə, sünnəmizə müvafiq olmuş olur. Kim bundan (bayram namazından) qabaq qurban kəsərsə, sanki öz ailəsi üçün ət kəsmiş olur”. Bureydə ibn Dinar (namazdan qabaq) qurban kəsmişdi və dedi: “Ey Allahın Elçisi, məndə namazdan qabaq kəsdiyimdən daha xeyirli bir illik heyvan var, (onu kəsimmi)?” Allah Elçisi ﷺ dedi: “Kəs, amma səndən sonra heç kim belə etməsin”.”
İstinad
Nəsəi, 1563 (Bayramlar, 8)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı