Bayram namazları kitabı

Bayram namazlarında rükətlərin sayı

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ سَعِيدٍ ، عَنْ زُبَيْدٍ الأَيَامِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ذَكَرَهُ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : صَلاَةُ الأَضْحَى رَكْعَتَانِ ، وَصَلاَةُ الْفِطْرِ رَكْعَتَانِ ، وَصَلاَةُ الْمُسَافِرِ رَكْعَتَانِ ، وَصَلاَةُ الْجُمُعَةِ رَكْعَتَانِ تَمَامٌ لَيْسَ بِقَصْرٍ عَلَى لِسَانِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Qurban bayramı namazının, Ramazan bayramı namazının, səfər namazının və Cümə namazının heç bir qısaltma olmadan, tam şəkildə iki rükət olduğu Peyğəmbərin ﷺ dili ilə bildirilmişdir”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 1566 (Bayramlar, 11)

Sunən ən-Nəsəi — Bayram namazları kitabı