Bayram namazları kitabı

Bayram namazlarında “əl-Ə'lə” və “əl-Ğaşiyə” surələrini oxumaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ ، عَنْ حَبِيبِ بْنِ سَالِمٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الْعِيدَيْنِ ، وَيَوْمِ الْجُمُعَةِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} وَهَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ ، وَرُبَّمَا اجْتَمَعَا فِي يَوْمٍ وَاحِدٍ فَيَقْرَأُ بِهِمَا.

“ən-Numən ibn Bəşir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram və Cümə namazlarında “əl-Ə'lə” və “əl-Ğaşiyə” surələrini oxuyardı. Bəzən bu günlər bir gündə üst-üstə düşəndə, o, onların ikisini də oxuyardı.”

ən-Numən ibn Bəşir
Səhih

İstinad

Nəsəi, 1568 (Bayramlar, 13)

Sunən ən-Nəsəi — Bayram namazları kitabı