Bayram namazları kitabı

Xütbə dedikdə imamın üzünü insanlara çevirməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ دَاوُدَ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَخْرُجُ يَوْمَ الْفِطْرِ ، وَيَوْمَ الأَضْحَى إِلَى الْمُصَلَّى فَيُصَلِّي بِالنَّاسِ ، فَإِذَا جَلَسَ فِي الثَّانِيَةِ وَسَلَّمَ قَامَ فَاسْتَقْبَلَ النَّاسَ بِوَجْهِهِ وَالنَّاسُ جُلُوسٌ ، فَإِنْ كَانَتْ لَهُ حَاجَةٌ يُرِيدُ أَنْ يَبْعَثَ بَعْثًا ذَكَرَهُ لِلنَّاسِ ، وَإِلاَّ أَمَرَ النَّاسَ بِالصَّدَقَةِ ، قَالَ : تَصَدَّقُوا ـ ثَلاَثَ مَرَّاتٍ ـ فَكَانَ مِنْ أَكْثَرِ مَنْ يَتَصَدَّقُ النِّسَاءُ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Ramazan və Qurban bayramı günləri namazgaha gəlib insanlara namaz qıldırar, xütbə zamanı ikinci oturuşda qalxar və insanlar oturduqları halda üzünü insanlara tərəf çevirərdi. Əgər kimisə bir işin arxasınca göndərməyə ehtiyacı olardısa, bunu insanlara deyərdi. Bir iş olmadıqda, insanlara sədəqə verməyə əmr edərək üç dəfə: “Sədəqə verin!”- deyərdi. Ən çox sədəqə verən də qadınlar idi.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Nəsəi, 1576 (Bayramlar, 21)

Sunən ən-Nəsəi — Bayram namazları kitabı