Xütbəni bitirdikdən sonra imamın qadınları sədəqə verməyə təşviq etməsi
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَابِسٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ قَالَ لَهُ رَجُلٌ : شَهِدْتَ الْخُرُوجَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ ، وَلَوْلاَ مَكَانِي مِنْهُ مَا شَهِدْتُهُ ـ يَعْنِي مِنْ صِغَرِهِ ـ أَتَى الْعَلَمَ الَّذِي عِنْدَ دَارِ كَثِيرِ بْنِ الصَّلْتِ فَصَلَّى ، ثُمَّ خَطَبَ ، ثُمَّ أَتَى النِّسَاءَ فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ وَأَمَرَهُنَّ أَنْ يَتَصَدَّقْنَ ، فَجَعَلَتِ الْمَرْأَةُ تُهْوِي بِيَدِهَا إِلَى حَلَقِهَا تُلْقِي فِي ثَوْبِ بِلاَلٍ.
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Abis ﵀ demişdir: “Bir kişinin İbn Abbasa belə dediyini eşitdim: “Sən Allah Elçisi ﷺ ilə birlikdə bayram namazında oldunmu?” İbn Abbas dedi: “Bəli. Əgər mənim onunla qohumluğum olmasaydı, yaşım az olduğuna görə çıxmazdım. Allah Elçisi ﷺ Kəsir ibn Saltın evinin yanında məlum olan bir yerə gələrək orada namaz qıldı və xütbə dedi. Sonra qadınlara üz tutaraq onlara moizə verdi, onlara xatırlatdı və sədəqə verməyi əmr etdi. Qadınlar da öz əllərindəki zinət əşyalarını Bilalın ətəyinə atırdılar”.”
İstinad
Nəsəi, 1586 (Bayramlar, 31)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı