Bayram namazında iştirak edənin cüməyə gəlməməsi rüsxəti
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي وَهْبُ بْنُ كَيْسَانَ ، قَالَ : اجْتَمَعَ عِيدَانِ عَلَى عَهْدِ ابْنِ الزُّبَيْرِ فَأَخَّرَ الْخُرُوجَ حَتَّى تَعَالَى النَّهَارُ ، ثُمَّ خَرَجَ فَخَطَبَ فَأَطَالَ الْخُطْبَةَ ، ثُمَّ نَزَلَ فَصَلَّى وَلَمْ يُصَلِّ لِلنَّاسِ يَوْمَئِذٍ الْجُمُعَةَ ، فَذُكِرَ ذَلِكَ لاِبْنِ عَبَّاسٍ فَقَالَ : أَصَابَ السُّنَّةَ.
“Rəvayət edilir ki, Vəhb ibn Keysən ﵀ demişdir: “İbn əz-Zubeyrin vaxtında cümə ilə bayram bir günə düşmüşdü. O, camaatın içinə bir az gec çıxdı. Belə ki, günəş bir qədər yüksəlmişdi. Sonra çıxıb uzun bir xütbə dedi. Sonra (minbərdən) aşağı düşərək namaz qıldı. Bundan sonra isə həmin gün camaata cüməni qıldırmadı. Bu hadisə İbn Abbasa deyildikdə, İbn Abbas dedi: “O, sünnəyə müvafiq olmuşdur”.”
İstinad
Nəsəi, 1592 (Bayramlar, 37)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı