Bayram günü yüksək səslə nəşid deməyin və dəf çalmağın icazəli olması
أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ أَنَّهُ حَدَّثَهُ ، أَنَّ عَائِشَةَ حَدَّثَتْهُ ، أَنَّ أَبَا بَكْرٍ الصِّدِّيقَ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا جَارِيَتَانِ تَضْرِبَانِ بِالدُّفِّ وَتُغَنِّيَانِ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسَجًّى بِثَوْبِهِ - وَقَالَ مَرَّةً أُخْرَى : مُتَسَجٍّ ثَوْبَهُ - فَكَشَفَ عَنْ وَجْهِهِ ، فَقَالَ : دَعْهُمَا يَا أَبَا بَكْرٍ إِنَّهَا أَيَّامُ عِيدٍ ، وَهُنَّ أَيَّامُ مِنًى وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَئِذٍ بِالْمَدِينَةِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əbu Bəkr əs-Siddiq mənim yanıma gəldi. Yanımda dəf çalan iki cariyə var idi və yüksək səslə mahnı oxuyurdular. Allah Elçisi ﷺ də öz paltarına bürünmüşdü. O, üzünü açaraq belə dedi: “Ey Əbu Bəkr, onlarla işin olmasın! Həqiqətən, bu, bayram və Mina günləridir”. Həmin gün Allah Elçisi ﷺ Mədinədə idi”.”
İstinad
Nəsəi, 1597 (Bayramlar, 42)
Sunən ən-Nəsəi — Bayram namazları kitabı