Evdə namaz qılmağa təşviq etmək və onun fəziləti
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : سَمِعْتُ مُوسَى بْنَ عُقْبَةَ ، قَالَ : سَمِعْتُ أَبَا النَّضْرِ يُحَدِّثُ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اتَّخَذَ حُجْرَةً فِي الْمَسْجِدِ مِنْ حَصِيرٍ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا لَيَالِيَ حَتَّى اجْتَمَعَ إِلَيْهِ النَّاسُ ، ثُمَّ فَقَدُوا صَوْتَهُ لَيْلَةً ، فَظَنُّوا أَنَّهُ نَائِمٌ ، فَجَعَلَ بَعْضُهُمْ يَتَنَحْنَحُ لِيَخْرُجَ إِلَيْهِمْ ، فَقَالَ : مَا زَالَ بِكُمُ الَّذِي رَأَيْتُ مِنْ صُنْعِكُمْ حَتَّى خَشِيتُ أَنْ يُكْتَبَ عَلَيْكُمْ ، وَلَوْ كُتِبَ عَلَيْكُمْ مَا قُمْتُمْ بِهِ ، فَصَلُّوا أَيُّهَا النَّاسُ فِي بُيُوتِكُمْ ، فَإِنَّ أَفْضَلَ صَلاَةِ الْمَرْءِ فِي بَيْتِهِ إِلاَّ الصَّلاَةَ الْمَكْتُوبَةَ.
“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ məsciddə həsirdən balaca bir otaq düzəltdi və orada gecə namazlarını qılmağa başladı. İnsanlar da onun yanına toplaşmağa başladılar. Sonra onlar həmin otaqdan Peyğəmbərin ﷺ səsini eşitmədilər və onun yatdığını zənn etdilər. Onlardan bəziləri səslərini eşidib yanlarına çıxması üçün öskürək kimi səslər çıxarmağa başladılar. Peyğəmbər ﷺ dedi: “Sizin bu elədiyinizi görürəm. Sizə nə olub? Mən bu namazların sizə fərz olunmasından qorxdum. Əgər bu namaz sizə fərz olunsaydı, bunu qıla bilməzdiniz. Ey insanlar, evlərinizdə də namaz qılın! Həqiqətən, fərz namazlarından sonra kişinin ən üstün namazı evində qıldığı namazdır!””
İstinad
Nəsəi, 1599 (Gecə namazı, 2)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər