Səfərdə gecə namazının fəziləti
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ رِبْعِيًّا ، عَنْ زَيْدِ بْنِ ظَبْيَانَ ، رَفَعَهُ إِلَى أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : ثَلاَثَةٌ يُحِبُّهُمُ اللَّهُ عَزَّ وَجَلَّ : رَجُلٌ أَتَى قَوْمًا فَسَأَلَهُمْ بِاللَّهِ وَلَمْ يَسْأَلْهُمْ بِقَرَابَةٍ بَيْنَهُ وَبَيْنَهُمْ فَمَنَعُوهُ فَتَخَلَّفَهُمْ رَجُلٌ بِأَعْقَابِهِمْ فَأَعْطَاهُ سِرًّا لاَ يَعْلَمُ بِعَطِيَّتِهِ إِلاَّ اللَّهُ عَزَّ وَجَلَّ وَالَّذِي أَعْطَاهُ ، وَقَوْمٌ سَارُوا لَيْلَتَهُمْ حَتَّى إِذَا كَانَ النَّوْمُ أَحَبَّ إِلَيْهِمْ مِمَّا يُعْدَلُ بِهِ نَزَلُوا فَوَضَعُوا رُؤُوسَهُمْ فَقَامَ يَتَمَلَّقُنِي وَيَتْلُو آيَاتِي ، وَرَجُلٌ كَانَ فِي سَرِيَّةٍ فَلَقُوا الْعَدُوَّ فَانْهَزَمُوا فَأَقْبَلَ بِصَدْرِهِ حَتَّى يُقْتَلَ أَوْ يُفْتَحَ لَهُ.
“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Üç nəfər var ki, Allah ﷿ onları sevir; (birincisi,) bir kişi bir camaatın yanına gedir, onlardan aralarında qohumluq əlaqəsinə görə deyil, yalnız Allah üçün (nə isə) istəyir. Onlar isə ona istədiyini vermirlər. O camaatdan bir kişi geriyə qalıb həmin istəyən adama istədiyini verir. Onun verdiyini yalnız Allah ﷿ və verdiyi şəxs bildi. (İkincisi,) gecə vaxtı bir dəstə adam səfər edir. Gecənin (yuxunun) ən sevimli və heç nəyin bu (yuxunu) əvəz etmədiyi bir vaxtı gəldikdə, dəstədə olanlar da bir yerdə dayanırlar və başlarını qoyub yatırlar. Həmin dəstədə bir kişi (namaza) qalxıb Allahın ayələrini oxuyur. (Üçüncüsü,) bir kişi döyüş dəstəsində olduqda, düşmənlə qarşılaşaraq (döyüş yoldaşları) darmadağın edildiyi və tək qaldığı halda, ya öldürülür, ya da ona fəth (qələbə) nəsib olur”.”
İstinad
Nəsəi, 1615 (Gecə namazı, 18)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər