Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbər ﷺ gecə namazını nə ilə başlayardı?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي مَخْرَمَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ كُرَيْبٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ ، أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ أُمِّ الْمُؤْمِنِينَ وَهِيَ خَالَتُهُ ، فَاضْطَجَعَ فِي عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِي طُولِهَا ، فَنَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حَتَّى إِذَا انْتَصَفَ اللَّيْلُ أَوْ قَبْلَهُ قَلِيلاً أَوْ بَعْدَهُ قَلِيلاً اسْتَيْقَظَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَلَسَ يَمْسَحُ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ الْعَشْرَ الآيَاتِ الْخَوَاتِيمَ مِنْ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ ، فَتَوَضَّأَ مِنْهَا فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّي ، قَالَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ : فَقُمْتُ فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِي ، وَأَخَذَ بِأُذُنِي الْيُمْنَى يَفْتِلُهَا ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ xalası və möminlərin anası Məymunəgildə gecələmişdi. İbn Abbas yastığa uzandı. Allah Elçisi ﷺ və ailəsi də yatdılar. Allah Elçisi ﷺ gecənin yarısı və ya ondan qabaq və ya sonra oyandı. Allah Elçisi ﷺ oyandıqdan sonra oturub əlləri ilə üzünü ovuşdurdu və Ali-İmran surəsinin sonundan on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluqdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Abdullah ibn Abbas dedi: “Mən qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında dayandım. Allah Elçisi ﷺ sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı. Sonra müəzzin gələnə qədər uzanıb yatdı. Sonra da iki yüngül rükət qıldı”.”

Abdullah ibn Abbas
Səhih

İstinad

Nəsəi, 1620 (Gecə namazı, 23)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər