Peyğəmbər ﷺ gecə namazını nə ilə başlayardı?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : قُلْتُ وَأَنَا فِي سَفَرٍ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَاللَّهِ لأَرْقُبَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةٍ حَتَّى أَرَى فِعْلَهُ ، فَلَمَّا صَلَّى صَلاَةَ الْعِشَاءِ وَهِيَ الْعَتَمَةُ ، اضْطَجَعَ هَوِيًّا مِنَ اللَّيْلِ ، ثُمَّ اسْتَيْقَظَ فَنَظَرَ فِي الأُفُقِ ، فَقَالَ : {رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلاً} حَتَّى بَلَغَ {إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ} ، ثُمَّ أَهْوَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى فِرَاشِهِ ، فَاسْتَلَّ مِنْهُ سِوَاكًا ، ثُمَّ أَفْرَغَ فِي قَدَحٍ مِنْ إِدَاوَةٍ عِنْدَهُ مَاءً فَاسْتَنَّ ، ثُمَّ قَامَ فَصَلَّى حَتَّى قُلْتُ : قَدْ صَلَّى قَدْرَ مَا نَامَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى قُلْتُ : قَدْ نَامَ قَدْرَ مَا صَلَّى ، ثُمَّ اسْتَيْقَظَ فَفَعَلَ كَمَا فَعَلَ أَوَّلَ مَرَّةٍ ، وَقَالَ مِثْلَ مَا قَالَ ، فَفَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثَ مَرَّاتٍ قَبْلَ الْفَجْرِ.
“Humeyd Abdur-Rahmən ibn Auf ﵀ Peyğəmbərin ﷺ səhabələrindən olan bir kişidən rəvayət edərək belə demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə səfərdə idim. Allaha and olsun ki, mən onun necə namaz qılacağını güdürdüm. O, İşanı, yəni Atamə namazını qıldı. Uzun müddət yatdı. Sonra oyanaraq üfüqə baxıb bu ayəni oxudu: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” (Ali-İmran, 191-194). Sonra yatağını axtarıb ordan misvakını götürdü, yanındakı qabı su ilə doldurdu və misvakını ona batırıb dişlərini misvakla təmizlədi. Sonra qalxıb namaz qıldı. Mən deyərdim ki, yatdığı qədər namaz qıldı. Sonra uzanıb namaz qıldığı qədər yatdı. Sonra oyanıb birinci dəfə etdiyi və dediyi kimi etdi. Allah Elçisi ﷺ bunu Sübh namazından qabaq üç dəfə təkrar etdi”.”
İstinad
Nəsəi, 1626 (Gecə namazı, 29)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər