Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Allahın Peyğəmbəri Musanın ﵇ namazı və Süleyman ət-Teyminin ixtilafı haqda

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، وَثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَتَيْتُ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ عِنْدَ الْكَثِيبِ الأَحْمَرِ وَهُوَ قَائِمٌ يُصَلِّي. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا أَوْلَى بِالصَّوَابِ عِنْدَنَا مِنْ حَدِيثِ مُعَاذِ بْنِ خَالِدٍ وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Musanın ﵇ yanından keçdim. O, qırmızı qum təpəsinin yanında öz qəbrində ayaq üstə namaz qılırdı”. Əbu Abdur-Rahmən (ən-Nəsəi) dedi: “Bu, düzgünlük cəhətdən bizim üçün Muaz ibn Xalidin hədisindən daha yaxındır. Doğrusunu Uca Allah bilir”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 1632 (Gecə namazı, 35)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər