Nafilə (əlavə) namazları oturaraq qılmaq və Əbu İshaqın bu haqda olan ixtilafı
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ عَبْدِ الصَّمَدِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، مَا مَاتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى كَانَ أَكْثَرُ صَلاَتِهِ قَاعِدًا إِلاَّ الْمَكْتُوبَةَ ، وَكَانَ أَحَبُّ الْعَمَلِ إِلَيْهِ مَا دَاوَمَ عَلَيْهِ وَإِنْ قَلَّ. خَالَفَهُ عُثْمَانُ بْنُ أَبِي سُلَيْمَانَ ، فَرَوَاهُ عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ.
“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Canım Əlində Olana and olsun! Allah Elçisi ﷺ ölənə yaxın fərz namazlarından başqa namazların əksəriyyətini oturaraq qılardı. Ona ən sevimli əməl, az olsa da, davamlı olanı idi”.”
İstinad
Nəsəi, 1655 (Gecə namazı, 58)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər