Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gecə namazında Quran necə oxunur?

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَيْسٍ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، كَيْفَ كَانَتْ قِرَاءَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ يَجْهَرُ أَمْ يُسِرُّ ؟ قَالَتْ : كُلُّ ذَلِكَ قَدْ كَانَ يَفْعَلُ رُبَّمَا جَهَرَ ، وَرُبَّمَا أَسَرَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qeys ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Allah Elçisi ﷺ gecə namazında Quranı səsli oxuyardı, yoxsa səssiz?” O dedi: “Bunların hər birini edərdi. Hərdən səsli, hərdən də səssiz qılardı”.”

Abdullah ibn Əbu Qeys
Səhih

İstinad

Nəsəi, 1662 (Gecə namazı, 65)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər