Gecə namazında qiyamın, rukunun, rukudan sonrakı qiyamın, səcdənin və iki səcdə arasında olan oturuşun vaxtlarının eyni olması
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنِ الْمُسْتَوْرِدِ بْنِ الأَحْنَفِ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَافْتَتَحَ الْبَقَرَةَ ، فَقُلْتُ : يَرْكَعُ عِنْدَ الْمِائَةِ ، فَمَضَى ، فَقُلْتُ : يَرْكَعُ عِنْدَ الْمِائَتَيْنِ ، فَمَضَى ، فَقُلْتُ : يُصَلِّي بِهَا فِي رَكْعَةٍ ، فَمَضَى ، فَافْتَتَحَ النِّسَاءَ ، فَقَرَأَهَا ، ثُمَّ افْتَتَحَ آلَ عِمْرَانَ فَقَرَأَهَا ، يَقْرَأُ مُتَرَسِّلاً إِذَا مَرَّ بِآيَةٍ فِيهَا تَسْبِيحٌ سَبَّحَ ، وَإِذَا مَرَّ بِسُؤَالٍ سَأَلَ ، وَإِذَا مَرَّ بِ تَعَوُّذٍ تَعَوَّذَ ، ثُمَّ رَكَعَ ، فَقَالَ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ ، فَكَانَ رُكُوعُهُ نَحْوًا مِنْ قِيَامِهِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَكَانَ قِيَامُهُ قَرِيبًا مِنْ رُكُوعِهِ ، ثُمَّ سَجَدَ فَجَعَلَ يَقُولُ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى ، فَكَانَ سُجُودُهُ قَرِيبًا مِنْ رُكُوعِهِ.
“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə gecə namazını qılırdım. O, namazı əl-Bəqərə surəsi ilə başladı. Mən öz-özümə: “Yüz ayədən sonra ruku edər”- dedim. O, davam etdi. Mən yenə öz-özümə: “İki yüz ayədən sonra ruku edər”- dedim. O, davam etdi. Mən öz-özümə: “əl-Bəqərə” surəsini bir rükətdə oxuyub ruku edər”- dedim. O, yenə davam etdi. Sonra “ən-Nisa” surəsini oxumağa başladı və sona qədər oxudu. Sonra “Ali-İmran” surəsinə başladı və onu da sona qədər oxudu. Onları aramla oxuyardı. Təsbih ayəsi keçdikdə, Allahı təsbih edərdi. Cənnət ayələri keçdikdə, Allahdan istəyərdi. Əzab ayələri keçdikdə, Allaha sığınardı. Sonra ruku etdi və: “Subhə:nə Rabbiyəl-Azi:m!”- dedi. Onun rukusu vaxt baxımından qiyamı qədər idi. Sonra başını qaldırıb: “Səmi Alla:hu limən həmidəh!”- dedi. Rukudan sonrakı qiyamı ruku etməsi qədər idi. Sonra səcdə etdi və: “Subhə:nə Rabbiyəl-Ə'lə!”- dedi. Səcdəsi də rukusunun müddətinə yaxın müddət qədər idi”.”
İstinad
Nəsəi, 1664 (Gecə namazı, 67)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər