Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gecə namazı necə qılınır?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ يُسْأَلُ عَنْ صَلاَةِ اللَّيْلِ ؟ فَقَالَ : مَثْنَى مَثْنَى ، فَإِذَا خِفْتَ الصُّبْحَ فَأَوْتِرْ بِرَكْعَةٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ minbərdə olarkən gecə namazı haqda soruşulduğunu eşitdim. Allah Elçisi ﷺ dedi: “(Gecə namazı) cüt-cüt qılınan rükətlərdir. Sübh namazının vaxtının girməsindən qorxduqda, onları bir rükət vitr ilə tamamla”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 1669 (Gecə namazı, 72)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər