Vitr namazının Sübh azanından sonra qılınması
أَخْبَرَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عِديٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ فِي مَسْجِدِ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، فَأُقِيمَتِ الصَّلاَةُ فَجَعَلُوا يَنْتَظِرُونَهُ فَجَاءَ ، فَقَالَ : إِنِّي كُنْتُ أُوتِرُ ، قَالَ : وَسُئِلَ عَبْدُ اللهِ ، هَلْ بَعْدَ الأَذَانِ وِتْرٌ ؟ قَالَ : نَعَمْ ، وَبَعْدَ الإِقَامَةِ ، وَحَدَّثَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ نَامَ عَنِ الصَّلاَةِ حَتَّى طَلَعَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى.
“İbrahim ibn Muhəmməd ibn Muntəşir atasından ﵀ rəvayət edir ki, o, Amr ibn Şurahbilin məscidində idi. Namazın qılınması üçün iqamə verildi. Onlar Amrı gözləyirdilər. Amr gəldi və dedi: “Mən Vitr namazını qılırdım”. Abdullahdan soruşdular: “(Sübh) azanından sonra Vitr namazını qılmaq olar?!” O dedi: “Bəli, iqamədən sonra da!” Sonra Peyğəmbərdən ﷺ hədis danışdı ki, Peyğəmbər ﷺ günəş çıxana qədər yatıb qalmış, sonra da namazı qılmışdı.”
İstinad
Nəsəi, 1685 (Gecə namazı, 88)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər