Əbu Əyyubun Vitr namazı hədisi haqda Zuhrinin ixtilafı
أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنِي ضُبَارَةُ بْنُ أَبِي السَّلِيلِ ، قَالَ : حَدَّثَنِي دُوَيْدُ بْنُ نَافِعٍ ، قَالَ : أَخْبَرَنِي ابْنُ شِهَابٍ ، قَالَ : حَدَّثَنِي عَطَاءُ بْنُ يَزِيدَ ، عَنْ أَبِي أَيُّوبَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْوِتْرُ حَقٌّ ، فَمَنْ شَاءَ أَوْتَرَ بِسَبْعٍ ، وَمَنْ شَاءَ أَوْتَرَ بِخَمْسٍ ، وَمَنْ شَاءَ أَوْتَرَ بِثَلاَثٍ ، وَمَنْ شَاءَ أَوْتَرَ بِوَاحِدَةٍ.
“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Vitr namazı haqdır. Kim istəsə, Vitr namazını yeddi rükət qılsın. Kim istəsə, Vitr namazını beş rükət qılsın. Kim istəsə, Vitr namazını üç rükət qılsın. Kim də istəsə, Vitr namazını bir rükət qılsın”.”
İstinad
Nəsəi, 1710 (Gecə namazı, 113)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər