Doqquz rükət Vitr namazı necə qılınır?
أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، عَنْ عَبْدَةَ ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، أَنَّ عَائِشَةَ قَالَتْ : كُنَّا نُعِدُّ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِوَاكَهُ وَطَهُورَهُ فَيَبْعَثُهُ اللَّهُ عَزَّ وَجَلَّ لِمَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَسْتَاكُ وَيَتَوَضَّأُ وَيُصَلِّي تِسْعَ رَكَعَاتٍ لاَ يَجْلِسُ فِيهِنَّ إِلاَّ عِنْدَ الثَّامِنَةِ ، وَيَحْمَدُ اللَّهَ ، وَيُصَلِّي عَلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَدْعُو بَيْنَهُنَّ ، وَلاَ يُسَلِّمُ تَسْلِيمًا ، ثُمَّ يُصَلِّي التَّاسِعَةَ وَيَقْعُدُ - وَذَكَرَ كَلِمَةً نَحْوَهَا - وَيَحْمَدُ اللَّهَ وَيُصَلِّي عَلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَيَدْعُو ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ قَاعِدٌ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ üçün misvak və su hazırlayar, Allah da gecə onu istədiyi vaxt oyadardı. O, dişlərini misvakla təmizləyər və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılar, yalnız səkkizinci rükətdə oturardı. Allaha həmd edər və Peyğəmbərə ﷺ salavat deyər, onların arasında dua edər, lakin salam verməzdi. Sonra doqquzuncu rükəti qılaraq oturardı. Allaha həmd edər və Peyğəmbərə ﷺ salavat deyər, onların arasında dua edər, bizim eşidəcəyimiz şəkildə salam verərdi. Sonra oturduğu halda iki rükət namaz qılardı”.”
İstinad
Nəsəi, 1720 (Gecə namazı, 123)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər