Doqquz rükət Vitr namazı necə qılınır?
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَعِيدٍ يَعْنِي مَوْلَى بَنِي هَاشِمٍ ، قَالَ : حَدَّثَنَا حُصَيْنُ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، أَنَّهُ وَفَدَ عَلَى أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ ، فَسَأَلَهَا عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : كَانَ يُصَلِّي مِنَ اللَّيْلِ ثَمَانَ رَكَعَاتٍ وَيُوتِرُ بِالتَّاسِعَةِ ، وَيُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ مُخْتَصَرٌ.
“Rəvayət edilir ki, Səd ibn Hişam ﵀ möminlərin anası Aişənin yanına gəlib Allah Elçisinin ﷺ (gecə) namazını necə qılması haqda soruşdu. Aişə dedi: “O, gecə vaxtı səkkiz rükət qılar, Vitr namazını doqquzuncu edərdi. Sonra da oturaraq iki rükət namaz qılardı”.”
İstinad
Nəsəi, 1724 (Gecə namazı, 127)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər