Vitr namazının səcdəsində nə qədər dayanmaq lazımdır?
أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا لَيْثٌ ، قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي إِحْدَى عَشْرَةَ رَكْعَةً فِيمَا بَيْنَ أَنْ يَفْرُغَ مِنْ صَلاَةِ الْعِشَاءِ إِلَى الْفَجْرِ بِاللَّيْلِ سِوَى رَكْعَتَيِ الْفَجْرِ ، وَيَسْجُدُ قَدْرَ مَا يَقْرَأُ أَحَدُكُمْ خَمْسِينَ آيَةً.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ İşa namazını qıldıqdan sonra gecə vaxtı Sübhə qədər olan vaxtda Sübh namazının iki rükət sünnəsindən başqa on bir rükət namaz qılardı. Səcdədə isə sizdən birinizin əlli ayə oxuyacağı qədər qalardı”.”
İstinad
Nəsəi, 1749 (Gecə namazı, 152)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər