Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Vitr namazını bitirdikdən sonra təsbih etmək və Sufyanın hədisində olan ixtilaf haqda

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، وَعَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ زُبَيْدٍ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُوتِرُ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَ{قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ}، وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ، وَيَقُولُ بَعْدَ مَا يُسَلِّمُ : سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ ثَلاَثَ مَرَّاتٍ يَرْفَعُ بِهَا صَوْتَهُ ، خَالَفَهُمَا أَبُو نُعَيْمٍ ، فَرَوَاهُ عَنْ سُفْيَانَ ، عَنْ زُبَيْدٍ ، عَنْ ذَرٍّ ، عَنْ سَعِيدٍ.

“Səid ibn Abdur-Rahmən ibn Əbzə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Vitr namazında “əl-Ə'lə”, “əl-Kəfirun” və “əl-İxlas” surələrini oxuyardı. Namazda salam verdikdən sonra isə üç dəfə: “Subhə:nəl-Məlikil-Quddu:s!”- deyər və səsini ucaldardı”.”

Səid ibn Abdur-Rahmən ibn Əbzə atasından
Səhih

İstinad

Nəsəi, 1751 (Gecə namazı, 154)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər