Vitr namazı ilə Sübh namazının iki rükət sünnəsi arasında namaz qılmağın icazəli olması
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، يَعْنِي ابْنَ الْمُبَارَكِ الصُّورِيَّ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ ، يَعْنِي ابْنَ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ اللَّيْلِ ، فَقَالَتْ : كَانَ يُصَلِّي ثَلاَثَ عَشْرَةَ رَكْعَةً ، تِسْعَ رَكَعَاتٍ قَائِمًا يُوتِرُ فِيهَا ، وَرَكْعَتَيْنِ جَالِسًا ، فَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ قَامَ فَرَكَعَ وَسَجَدَ ، وَيَفْعَلُ ذَلِكَ بَعْدَ الْوِتْرِ ، فَإِذَا سَمِعَ نِدَاءَ الصُّبْحِ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ.
“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ Aişədən Allaha Elçisinin ﷺ gecə namazı haqda soruşduqda, Aişə belə dedi: “O, on üç rükət namaz qılardı. Bunun doqquz rükətini Vitr namazı ilə birlikdə ayaq üstə qılardı. İki rükət oturaraq qılar, ruku etmək istədikdə, ayağa durub ruku və səcdə edərdi. Bunu Vitr namazından sonra edərdi. Sübh namazının azanını eşitdikdə isə ayağa durub iki rükət yüngül (qısa) namaz qılardı”.”
İstinad
Nəsəi, 1756 (Gecə namazı, 159)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər