Sübh namazının iki rükət sünnəsinin vaxtı və Nafinin bu barədə olan ixtilafı haqda
أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ ، عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ ، قَالَتْ : كَانَ يُصَلِّي ثَلاَثَ عَشْرَةَ رَكْعَةً ، يُصَلِّي ثَمَانَ رَكَعَاتٍ ، ثُمَّ يُوتِرُ ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ ، فَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ قَامَ فَرَكَعَ ، وَيُصَلِّي رَكْعَتَيْنِ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ فِي صَلاَةِ الصُّبْحِ.
“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ Aişədən Allah Elçisinin ﷺ gecə namazı haqda soruşduqda, Aişə dedi: “Peyğəmbər ﷺ on üç rükət namaz qılardı. (Bunlar) səkkiz rükət, sonra Vitr namazı, sonra da oturduğu halda qıldığı iki rükət idi. (Oturaraq qıldığı namazda) ruku etmək istədikdə, qalxıb ruku edərdi. Sonra Sübh namazının azanı və iqaməsi arasında iki rükət namaz qılardı”.”
İstinad
Nəsəi, 1781 (Gecə namazı, 184)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər