Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gecə namazındakı qismətindən olan hissəni yatıb qalan bunu nə vaxt qılmalıdır?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدٍ الْقَارِيِّ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ نَامَ عَنْ حِزْبِهِ ـ أَوْ قَالَ : جُزْئِهِ مِنَ اللَّيْلِ ـ فَقَرَأَهُ فِيمَا بَيْنَ صَلاَةِ الصُّبْحِ إِلَى صَلاَةِ الظُّهْرِ فَكَأَنَّمَا قَرَأَهُ مِنَ اللَّيْلِ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim gecə namazındakı (oxuduğu Quranın bir hissəsindən olan) qismətindən yatıb qalar və onu Sübh namazı ilə Zöhr namazı arasında oxuyarsa (qılarsa), ona gecə oxumuş (qılmış) kimi savab yazılar”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 1791 (Gecə namazı, 194)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər