Gün ərzində fərz namazlarından əlavə on iki rükət namaz qılanın savabı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ حُبَابٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ سَعِيدٍ الطَّائِفِيُّ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ أَبِي رَبَاحٍ ، عَنْ يَعْلَى بْنِ أُمَيَّةَ ، قَالَ : قَدِمْتُ الطَّائِفَ فَدَخَلْتُ عَلَى عَنْبَسَةَ بْنِ أَبِي سُفْيَانَ وَهُوَ بِالْمَوْتِ فَرَأَيْتُ مِنْهُ جَزَعًا ، فَقُلْتُ : إِنَّكَ عَلَى خَيْرٍ ، فَقَالَ : أَخْبَرَتْنِي أُخْتِي أُمُّ حَبِيبَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ صَلَّى ثِنْتَيْ عَشْرَةَ رَكْعَةً بِالنَّهَارِ أَوْ بِاللَّيْلِ بَنَى اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بَيْتًا فِي الْجَنَّةِ خَالَفَهُمْ أَبُو يُونُسَ الْقُشَيْرِيُّ.
“Rəvayət edilir ki, Yə'lə ibn Umeyyə ﵀ demişdir: “Mən Taifə Anbəsə ibn Əbu Sufyanın yanına getdim. O, ölüm ayağında idi. Onun çox narahat olduğunu gördüm və dedim: “Həqiqətən, sən xeyir üzərindəsən”. O dedi: “Bacım Ummu Həbibə mənə Allah Elçisinin ﷺ belə buyurduğunu demişdi: “Kim gündüz və gecədə on iki rükət namaz qılarsa, Allah ﷿ onun üçün Cənnətdə bir ev inşa edər”.”
İstinad
Nəsəi, 1799 (Gecə namazı, 202)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər