Cənazələr kitabı

Ölümü istəmək

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ عَبْدِ الْعَزِيزِ وَأَنْبَأَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلاَ لاَ يَتَمَنَّى أَحَدُكُمُ الْمَوْتَ لِضُرٍّ نَزَلَ بِهِ ، فَإِنْ كَانَ لاَ بُدَّ مُتَمَنِّيًا الْمَوْتَ فَلْيَقُلِ : اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي ، وَتَوَفَّنِي مَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِي.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç biriniz dünya sıxıntılarına görə özünə ölüm diləməsin və əgər ölüm diləməkdən başqa yolu qalmasa, qoy desin: “Allahım, bu həyatda yaşamağım mənim üçün xeyirlidirsə, məni yaşat, ölümüm mənim üçün xeyirlidirsə, məni öldür!””

Ənəs
Səhih

İstinad

Nəsəi, 1821 (Cənazələr, 4)

Sunən ən-Nəsəi — Cənazələr kitabı