Cənazələr kitabı

Ölümü çox yad etmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى ، عَنِ الأَعْمَشِ ، قَالَ : حَدَّثَنِي شَقِيقٌ ، عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا حَضَرْتُمُ الْمَرِيضَ فَقُولُوا خَيْرًا ، فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ ، فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، كَيْفَ أَقُولُ ؟ قَالَ : قُولِي اللَّهُمَّ اغْفِرْ لَنَا وَلَهُ ، وَأَعْقِبْنِي مِنْهُ عُقْبَى حَسَنَةً ، فَأَعْقَبَنِي اللَّهُ عَزَّ وَجَلَّ مِنْهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Xəstənin yanında olduqda xeyir dua edin, çünki mələklər sizin dediklərinizə “Amin” deyirlər”. Əbu Sələmə vəfat etdikdə mən dedim: “Ey Allahın Elçisi, necə dua edim?” O buyurdu: “Allahım, bizi və onu bağışla! Onun əvəzində mənə daha xeyirlisini ver!” Allah ﷿ da mənə Muhəmmədi ﷺ verdi”.”

Ummu Sələmə
Səhih

İstinad

Nəsəi, 1825 (Cənazələr, 8)

Sunən ən-Nəsəi — Cənazələr kitabı