Allahla qarşılaşmağı sevmək
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ (ح) وأَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ خَالِدِ بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللَّهُ لِقَاءَهُ ، وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللَّهُ لِقَاءَهُ زَادَ عَمْرٌو فِي حَدِيثِهِ ، فَقِيلَ : يَا رَسُولَ اللهِ ، كَرَاهِيَةُ لِقَاءِ اللهِ كَرَاهِيَةُ الْمَوْتِ ، كُلُّنَا نَكْرَهُ الْمَوْتَ ، قَالَ : ذَاكَ عِنْدَ مَوْتِهِ ، إِذَا بُشِّرَ بِرَحْمَةِ اللهِ وَمَغْفِرَتِهِ أَحَبَّ لِقَاءَ اللهِ وَأَحَبَّ اللَّهُ لِقَاءَهُ ، وَإِذَا بُشِّرَ بِعَذَابِ اللهِ كَرِهَ لِقَاءَ اللهِ وَكَرِهَ اللَّهُ لِقَاءَهُ.
“Aişə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər. Kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz”. Amrın hədisində bu əlavə var: “Ona deyildi: “Ey Allahın Elçisi, Allahla qarşılaşmağı istəməmək, ölümü istəməməkdir. Heç birimiz də ölümü istəmirik”. Allah Elçisi ﷺ dedi: “Bu, ölüm anında olan haldır. Kim ölüm anında Allahın rəhməti və bağışlanması ilə müjdələnərsə, Allahla qarşılaşmaq istəyər, Allah da onunla qarşılaşmaq istəyər. Kim də Allahın əzabı ilə müjdələnərsə, Allahla qarşılaşmaq istəməz, Allah da onunla qarşılaşmaq istəməz”.”
İstinad
Nəsəi, 1838 (Cənazələr, 21)
Sunən ən-Nəsəi — Cənazələr kitabı