Ölən adamı öpmək
أَخْبَرَنَا سُوَيْدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، قَالَ : قَالَ مَعْمَرٌ ، وَيُونُسُ ، قَالَ الزُّهْرِيُّ ، وَأَخْبَرَنِي أَبُو سَلَمَةَ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ ، أَنَّ أَبَا بَكْرٍ أَقْبَلَ عَلَى فَرَسٍ مِنْ مَسْكَنِهِ بِالسُّنُحِ حَتَّى نَزَلَ ، فَدَخَلَ الْمَسْجِدَ فَلَمْ يُكَلِّمِ النَّاسَ حَتَّى دَخَلَ عَلَى عَائِشَةَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسَجًّى بِبُرْدٍ حِبَرَةٍ فَكَشَفَ عَنْ وَجْهِهِ ، ثُمَّ أَكَبَّ عَلَيْهِ فَقَبَّلَهُ ، فَبَكَى ، ثُمَّ قَالَ : بَأبِى أَنْتَ ، وَاللَّهِ لاَ يَجْمَعُ اللَّهُ عَلَيْكَ مَوْتَتَيْنِ أَبَدًا أَمَّا الْمَوْتَةُ الَّتِي كَتَبَ اللَّهُ عَلَيْكَ فَقَدْ مِتَّهَا.
“Aişə ﵂ rəvayət edir ki, Əbu Bəkr yerləşdiyi məskənindən gəldi, məscidə daxil oldu və insanlarla danışmadı. Aişənin yanına gəldi. Allah Elçisinin ﷺ üzü xətli ədyal ilə örtülmüşdü. Əbu Bəkr ədyalı onun üzündən götürdü və üzünü öpərək ağladı. Sonra dedi: “Atam-anam sənə fəda olsun! Allaha and olsun ki, Allah ölümü sənə iki dəfə daddırmaz. Allahın sənə yazdığı ölümə gəldikdə isə, artıq, sən vəfat etdin”.”
İstinad
Nəsəi, 1841 (Cənazələr, 24)
Sunən ən-Nəsəi — Cənazələr kitabı