Cənazələr kitabı

Ölən adam üçün fəryad edib ağlamaq

أَخْبَرَنَا إِسْحَاقُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ عَلَى النِّسَاءِ حِينَ بَايَعَهُنَّ أَنْ لاَ يَنُحْنَ ، فَقُلْنَ : يَا رَسُولَ اللهِ ، إِنَّ نِسَاءً أَسْعَدْنَنَا فِي الْجَاهِلِيَّةِ أَفَنُسْعِدُهُنَّ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ إِسْعَادَ فِي الإِسْلاَمِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qadınlarla beyət etdikdə ölən adamın arxasından fəryad edərək ağlamamaq üzrə söz almışdı. Qadınlar dedilər: “Ey Allahın Elçisi, cahiliyyə dövründə qadınlar var idi ki, bizimlə birgə ağlayardılar. İndi biz onlara qoşulub toplaşaraq ağlaya bilərikmi?” Allah Elçisi ﷺ buyurdu: “İslamda bir yerə toplaşaraq ağlaşmaq yoxdur”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 1852 (Cənazələr, 35)

Sunən ən-Nəsəi — Cənazələr kitabı