Cənazələr kitabı

Ölən adam üçün fəryad edib ağlamaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الْمَيِّتَ لَيُعَذَّبُ بِبُكَاءِ أَهْلِهِ عَلَيْهِ ، فَذُكِرَ ذَلِكَ لِعَائِشَةَ فَقَالَتْ : وَهِلَ ، إِنَّمَا مَرَّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرٍ ، فَقَالَ : إِنَّ صَاحِبَ الْقَبْرِ لَيُعَذَّبُ ، وَإِنَّ أَهْلَهُ يَبْكُونَ عَلَيْهِ ، ثُمَّ قَرَأَتْ {وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölən adama ailəsinin onun üçün (fəryad edərək) ağlamasından dolayı əzab verilir”. Bu, Aişəyə deyildikdə o dedi: “Ravi tam deməyib. Bir dəfə Allah Elçisi ﷺ bir qəbrin yanından keçəndə belə buyurdu: “Həqiqətən, bu qəbirdə olana yaxınlarının (fəryad edərək) ağladıqlarına görə əzab verilir”. Sonra da bu ayəni oxudu: “Heç bir günahkar başqasının günah yükünü daşımaz” (Fatir, 18)”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 1855 (Cənazələr, 38)

Sunən ən-Nəsəi — Cənazələr kitabı