Cənazələr kitabı

Ölən adam üçün (sükunətlə) ağlamağa rüsxət verilməsi

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ هُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ ، أَنَّ سَلَمَةَ بْنَ الأَزْرَقِ قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ قَالَ : مَاتَ مَيِّتٌ مِنْ آلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاجْتَمَعَ النِّسَاءُ يَبْكِينَ عَلَيْهِ ، فَقَامَ عُمَرُ يَنْهَاهُنَّ وَيَطْرُدُهُنَّ ، فَقَالَ : رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : دَعْهُنَّ يَا عُمَرُ فَإِنَّ الْعَيْنَ دَامِعَةٌ ، وَالْقَلْبَ مُصَابٌ ، وَالْعَهْدَ قَرِيبٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ ailəsindən bir nəfər vəfat etmişdi. Qadınlar bir yerə toplaşıb ağlamağa başladılar. Ömər də buna görə onları məzəmmət etməyə başlamışdı. Allah Elçisi ﷺ buyurdu: “Burax onları, ey Ömər! Həqiqətən, gözlər yaşarır, qəlblər kədərlənir, hadisə isə yeni baş verib”.”

Əbu Hureyra
Zəif

İstinad

Nəsəi, 1859 (Cənazələr, 42)

Sunən ən-Nəsəi — Cənazələr kitabı