Cənazələr kitabı

Səsi yüksəldərək ağlaşmaq

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَوْفٍ ، عَنْ خَالِدٍ الأَحْدَبِ ، عَنْ صَفْوَانَ بْنِ مُحْرِزٍ ، قَالَ : أُغْمِيَ عَلَى أَبِي مُوسَى فَبَكَوْا عَلَيْهِ ، فَقَالَ : أَبْرَأُ إِلَيْكُمْ كَمَا بَرِئَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ مِنَّا مَنْ حَلَقَ ، وَلاَ خَرَقَ ، وَلاَ سَلَقَ.

“Rəvayət edilir ki, Safvan ibn Muhriz ﵀ demişdir: “Əbu Musanın huşu getmişdi, ona görə də (ətrafındakılar) ağlamağa başladılar. Əbu Musa ayıldıqda belə dedi: “Allah Elçisi ﷺ müsibət anında saçını-başını yolan, yaxasını cıran, səsini yüksəldərək ağlayandan uzaq olduğu kimi mən də uzağam”.”

Safvan ibn Muhriz
Səhih

İstinad

Nəsəi, 1861 (Cənazələr, 44)

Sunən ən-Nəsəi — Cənazələr kitabı