Cənazələr kitabı

Müsibət gəldikdə savab umaraq səbir etməyin əmr edilməsi

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ ، عَنْ أَبِي عُثْمَانَ ، قَالَ : حَدَّثَنِي أُسَامَةُ بْنُ زَيْدٍ ، قَالَ : أَرْسَلَتْ بِنْتُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْهِ أَنَّ ابْنًا لِي قُبِضَ فَأْتِنَا ، فَأَرْسَلَ يَقْرَأُ السَّلاَمَ وَيَقُولُ : إِنَّ لِلَّهِ مَا أَخَذَ ، وَلَهُ مَا أَعْطَى ، وَكُلُّ شَيْءٍ عِنْدَ اللهِ بِأَجَلٍ مُسَمًّى ، فَلْتَصْبِرْ وَلْتَحْتَسِبْ ، فَأَرْسَلَتْ إِلَيْهِ تُقْسِمُ عَلَيْهِ لَيَأْتِيَنَّهَا ، فَقَامَ وَمَعَهُ سَعْدُ بْنُ عُبَادَةَ ، وَمُعَاذُ بْنُ جَبَلٍ ، وَأُبَيُّ بْنُ كَعْبٍ ، وَزَيْدُ بْنُ ثَابِتٍ ، وَرِجَالٌ ، فَرُفِعَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّبِيُّ وَنَفْسُهُ تَقَعْقَعُ ، فَفَاضَتْ عَيْنَاهُ ، فَقَالَ سَعْدٌ : يَا رَسُولَ اللهِ ، مَا هَذَا ؟ قَالَ : هَذَا رَحْمَةٌ ، يَجْعَلُهَا اللَّهُ فِي قُلُوبِ عِبَادِهِ ، وَإِنَّمَا يَرْحَمُ اللَّهُ مِنْ عِبَادِهِ الرُّحَمَاءَ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵄ demişdir: “Oğlunun can verməsinə görə Peyğəmbərin ﷺ qızı onlara gəlməsi üçün Peyğəmbərə ﷺ xəbər göndərdi. Peyğəmbər ﷺ qızına salam göndərərək dedi: “Həqiqətən, almaq da, vermək də Allaha aiddir. Allah dərgahında hər şeyin bəlli bir əcəli var. Səbir et və savabını um!” Qızı and verərək mütləq gəlməsi üçün yenidən xəbər göndərdi. Onda Peyğəmbər ﷺ qalxaraq Səd ibn Ubadə, Muaz ibn Cəbəl, Ubey ibn Kəb, Zeyd ibn Sabit və başqaları ilə birlikdə qızıgilə getdilər. Uşaq Allah Elçisinin ﷺ qucağına verildi. Uşaq can verirdi. Bu zaman Allah Elçisinin ﷺ gözləri doldu. Səd dedi: “Ey Allahın Elçisi, bu nədir?” Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın Öz bəndələrinin qəlblərinə yerləşdirdiyi rəhmətdir. Həqiqətən, Allah Öz bəndələrindən rəhmli olanlara rəhm edər”.”

Usamə ibn Zeyd
Səhih

İstinad

Nəsəi, 1868 (Cənazələr, 51)

Sunən ən-Nəsəi — Cənazələr kitabı