Ölənin isti su ilə yuyulması
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْحَسَنِ ، مَوْلَى أُمِّ قَيْسٍ بِنْتِ مِحْصَنٍ ، عَنْ أُمِّ قَيْسٍ قَالَتْ : تُوُفِّيَ ابْنِي فَجَزِعْتُ عَلَيْهِ ، فَقُلْتُ لِلَّذِي يَغْسِلُهُ : لاَ تَغْسِلِ ابْنِي بِالْمَاءِ الْبَارِدِ فَتَقْتُلَهُ ، فَانْطَلَقَ عُكَّاشَةُ بْنُ مِحْصَنٍ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ بِقَوْلِهَا ، فَتَبَسَّمَ ، ثُمَّ قَالَ : مَا قَالَتْ طَالَ عُمْرُهَا " ، فَلاَ نَعْلَمُ امْرَأَةً عَمِرَتْ مَا عَمِرَتْ.
“Rəvayət edilir ki, Ummu Qeys ﵂ demişdir: “Oğlum vəfat etmişdi, bu səbəblə həyəcanlı idim. Onu yuyan adama dedim: “Oğlumu soyuq su ilə yuma, onu öldürmüş olarsan”. Ukkaşə ibn Mihsan Allah Elçisinin ﷺ yanına gedib qadının bu sözünü ona dedi. Allah Elçisi ﷺ təbəssüm etdi və dedi: “Onun dediyi kimi et, Allah onun ömrünü uzatsın!” Ravi deyir ki, Ummu Qeys kimi uzun ömürlü qadın tanımırıq.”
İstinad
Nəsəi, 1882 (Cənazələr, 65)
Sunən ən-Nəsəi — Cənazələr kitabı