Cənazələr kitabı

Meyiti yeddi dəfədən çox yumaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : تُوُفِّيَتْ إِحْدَى بَنَاتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْسَلَ إِلَيْنَا ، فَقَالَ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا ، أَوْ أَكْثَرَ مِنْ ذَلِكِ إِنْ رَأَيْتُنَّ ، بِمَاءٍ وَسِدْرٍ ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا أَوْ شَيْئًا مِنْ كَافُورٍ ، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي ، فَلَمَّا فَرَغْنَا آذَنَّاهُ ، فَأَلْقَى إِلَيْنَا حِقْوَهُ وَقَالَ : أَشْعِرْنَهَا إِيَّاهُ

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Peyğəmbərin ﷺ qızlarından biri vəfat etmişdi. Peyğəmbər ﷺ bizə xəbər göndərərək belə buyurdu: “Onu su və sidr ilə üç, beş və ya daha çox sayda yuyun. Son yumada kafur və ya ona bənzər bir şey qatın. Bunu tamamladıqdan sonra mənə xəbər verin”. Biz (onu yuyub) qurtardıqdan sonra Peyğəmbərə ﷺ xəbər verdik. O, izarını bizə verib dedi: “Onu buna bükün!””

Ummu Atiyyə
Səhih

İstinad

Nəsəi, 1887 (Cənazələr, 70)

Sunən ən-Nəsəi — Cənazələr kitabı