Meyitə paltar geyindirmək
أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَيُّوبُ بْنُ أَبِي تَمِيمَةَ ، أَنَّهُ سَمِعَ مُحَمَّدَ بْنَ سِيرِينَ ، يَقُولُ : كَانَتْ أُمُّ عَطِيَّةَ امْرَأَةٌ مِنَ الأَنْصَارِ قَدِمَتْ تُبَادِرُ ابْنًا لَهَا ، فَلَمْ تُدْرِكْهُ ، حَدَّثَتْنَا قَالَتْ : دَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْنَا وَنَحْنُ نَغْسِلُ ابْنَتَهُ فَقَالَ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا ، أَوْ أَكْثَرَ مِنْ ذَلِكِ إِنْ رَأَيْتُنَّ ، بِمَاءٍ وَسِدْرٍ ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا أَوْ شَيْئًا مِنْ كَافُورٍ ، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي ، فَلَمَّا فَرَغْنَا أَلْقَى إِلَيْنَا حِقْوَهُ وَقَالَ : أَشْعِرْنَهَا إِيَّاهُ ، وَلَمْ يَزِدْ عَلَى ذَلِكَ ، قَالَ : لاَ أَدْرِي أَيُّ بَنَاتِهِ قَالَ : قُلْتُ : مَا قَوْلُهُ أَشْعِرْنَهَا إِيَّاهُ ؟ أَتُؤَزَّرُ بِهِ ؟ قَالَ : لاَ أُرَاهُ إِلاَّ أَنْ يَقُولَ الْفُفْنَهَا فِيهِ.
“Rəvayət edilir ki, Muhəmməd ibn Sirin ﵀ demişdir: “Ummu Atiyyə ənsardan olan bir qadın idi. Övladı ondan qabaq vəfat etmişdi. Bizə bir hadisəni danışdı: “Biz Allah Elçisinin ﷺ vəfat etmiş qızını yuyarkən Allah Elçisi ﷺ bizim yanımıza gəldi və dedi: “Onu su və sidr ilə üç, beş, ehtiyac olsa, daha çox sayda yuyun. Axırıncısına kafur və ya ona bənzər bir şeylə yuyun. Onu yuduqdan sonra mənə xəbər verin”. Biz (onu yuyub) qurtardıqdan sonra Peyğəmbərə ﷺ xəbər verdik. O, izarını bizə verib dedi: “Onu buna bükün!” Bunun üzərinə heç bir şey əlavə etmədi. Mən bilmirəm bu hansı qızı idi”. Mən Ummu Atiyyəyə dedim: “İzarına bükmək” nə mənada idi?” O dedi: “Örtmək mənasında idi”.”
İstinad
Nəsəi, 1893 (Cənazələr, 76)
Sunən ən-Nəsəi — Cənazələr kitabı